Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri koronavirus (COVID-19) pandemiyasını biznesin inkişafı üçün əsas təhdid hesab edirlər.
“PWC-Azerbaijan” şirkətinin iri şirkətlərin rəhbərləri arasında keçirdiyi 4-cü illik sorğuya əsasən, respondentlərin 64%-i COVID-19-u şirkətin inkişafı üçün əsas risk hesab edir.
Respondentlər digər risklər arasında valyuta məzənnəsinin dəyişkənliyini (54%), artan vergi öhdəliklərini (38%) və qeyri-müəyyən iqtisadi artımı (38%) qeyd ediblər.
Bundan başqa, sorğuya əsasən, respondentlərin 76%-i strategiyanın formalaşdırılmasında pandemiyanı və digər səhiyyə problemlərini nəzərə alır.
Bu il sorğu Azərbaycanda fəaliyyət göstərən 120-dən çox şirkətin rəhbərləri arasında keçirilib.*
Ə.Məmmədov