Rusiyanın “S7” aviaşirkəti 16 iyundan etibarən Volqoqraddan Bakıya birbaşa avireyslər həyata keçirəcək.
“Aviareyslər həftədə bir dəfə - çərşənbə günü baş tutacaq. Bakıdan təyyarə yerli vaxtla saat 15.40-da çatacaq, Volqoqrad aeroportundan isə saat 17.30-da çıxacaq. Uçuş 2 saat təşkil edəcək”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Volqoqrad aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.
Aviadaşıyıcı tərəfindən uçuş proqramı yaz-yay dövrünün sonuna qədər - 27 oktyabr 2021-ci ilədək planlaşdırılıb.
Uçuşlar müasir “Airbus A320neo” təyyarələri ilə həyata keçiriləcək.
Biletlər artıq satışdadır. Biletləri “S7 Airlines” aviaşirkətinin rəsmi saytından əldə etmək olar.*
N.Abbasova