Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti iyulun 5-dən etibarən Lvov-Bakı-Lvov reysi ilə uçuşlar həyata keçirəcək. Bu barədə aviadaşıyıcının saytında məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, uçuşlar Lvovdan həftənin bazar günü, Bakıdan isə bazar ertəsi baş tutacaq.
Lvov-Bakı marşrutu üzrə biletlərin qiyməti 3 270 qrivnadır, Bakı-Lvov marşrutu üzrə biletlərin qiyməti isə 3 851 qrivnadan başlayır.*
N.Abbasova