İyunun 8-nə Azərbaycanda taxıl sahələrindən 337,6 min ton məhsul yığılıb, taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Hazırda taxıl sahələrinin 11,4%-də biçin başa çatıb. Bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb.
Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb.
Xəbər verildiyi kimi, bu il Azərbaycanda taxıl biçininə ümumilikdə 2000-dək kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya edilib.*
B.Rüstəmbəyov