Çərşənbə günü Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Peterburq şəhərində iclası keçiriləcək. Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“2021-ci il 9 iyun tarixində Sankt-Peterburq şəhərində RF Silahlı Qüvvələri Baş Qərargah rəisi – Rusiyanın müdafiə nazirinin birinci müavini Valeri Qerasimovun sədrliyi ilə MDB iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək”, - məlumatda deyilir.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızısatn, Rusiya, Tacikistan və Özbəkistandan hərbi nümayəndə heyətləri, həmçininMDB Müdafiə Nazirləri Şurası Katibliyi və MDB İcariyyə Komitəsinin nümayəndə heyətləri iştirak edəcəklər.
Hərbi nümayəndə heyətlərinin rəhbərləri dünyada formalaşan hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar və qarşılıqlı maraq kəsb edən hərbi əməkdaşlıq məsələləri kompleksini müzakirə edəcəklər. **