2020-ci ildə “Azərkosmos” ASC-nin xalis zərəri 5 mln. 5,344 min manat təşkil edib ki, 2019-cu ildə bu göstərici 3 milyon 618,087 min manat olub.
“Azərkosmos”un 2020-ci il üzrə dərc olunan maliyyə hesabatına əsasən, ötən il cəmiyyətin əməliyyat zərəri 669,488 min manat təşkil edib (2019-cu ildə 2 milyon 746,739 min manat mənfəət əldə olunub).
2020-ci ildə cəmiyyətin satışlardan gəlirləri 54 milyon 338,89 min manat (artım 4,5%), satışların maya dəyəri - 435 mln. 291,964 min manat (artım 19,3%) təşkil edib.Ötən il “Azərkosmos” lizinq əməliyyatlarından 10 milyon 268,454 min manat gəlir əldə edib (azalma 16,1%).
1 yanvar 2021-ci il tarixinə cəmiyyətin aktivləri 592 mln. 482,148 min manata (2020-ci il ərzində azalma 5,7%), uzunmüdddətli aktivləri 557 mln. 614,703 min manata (azalma 2,1%), o cümlədən bina və avadanlıqların dəyəri 432 mln. 685,507 min manata (artım 21,8%), cari aktivləri 34 mln. 867,445 min manata (azalma 40,6%) bərabərdir.
Cari ilin əvvəlinə “Azərkosmos”un öhdəlikləri 604 mln. 679,695 min manat (azalma 8,9%) təşkil edir.
2021-cu ilin əvvəlinə “Azərkosmos”un mənfi kapitalı 12 mln. 197,547 min manata bərabərdir. Ötən ilin sonuna yığılmış zərər 308 mln. 827,09 min manat (artım 0,5%), nizamnamə kapitalı 169 mln. 305,88 min manat (2020-ci il ərzində artım 2,7 dəfə) məbləğindədir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
Ə.Məmədov