“Azərişıq” ASC avadanlıq və yük avtomobillərinin icarəsinə 745 min manatdan artıq vəsait yönəldəcək.
www.etender.gov.azsaytında dərc olunmuş məlumata görə, “İntergras” MMC ilə müvafiq müqavilə bağlanıb. Müqaviləyə əsasən, “Azərişıq” səyyar laboratoriyalar üçün alətlər və xüsusi təyinatlı kiçik qabaritli yük avtomobilləri icarəyə götürür.
Müqavilənin dəyəri – 745,382 min manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov