Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah rəisləri birləşdirilmiş hava hücumundan müdafiə(HHM)sisteminin birgə təlimlərin keçirilməsini nəzərdən keçirəcəklər.
“Bugünkü iclas zamanı biz MDB məkanında həri-siyasi vəziyəti müzakirə edəcəyik, hava-kosmik müdafiənin təşkili, MDB birləşmiş HHM sisteminin birgə təlimlərinin keçirilməsi və hərtərəfli hərbi əməkdaşlığın gələcək inkişafına dair məsələləri nəzərdən keçirəcəyik, o cümlədən koronavirus infeksiyasının yaaılmasına qarşıdurma təcrübəsi ilə bölüşəcəyik”, - RF Silahlı Qüvvələri Baş Qərargah rəisi – Rusiyanın müdafiə nazirinin birinci müavini Valeri Qerasimov iclası açarkən bildirib.
İclas çərşənbə günü Peterburq şəhərində keçirilir. İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızısatn, Rusiya, Tacikistan və Özbəkistandan hərbi nümayəndə heyətləri, həmçininMDB Müdafiə Nazirləri Şurası Katibliyi və MDB İcariyyə Komitəsinin nümayəndə heyətləri iştirak edirlər. **