Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ilə görüşüb.
“Pakistanın Quru Qoşunları komandanı ölkəsinin azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Kontr-admiral Bəkirov Azərbaycanın Pakistanla hərbi sahədə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
“Həmçinin, tərəflər hərbi sahədə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - nazirlikdən vurğulanır. **
R.Əhmədov