Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, iyunun 16-da Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə futbol üzrə Avropa Çempionatında Türkiyə yığmasının matçını izləmək niyyətindədir.
İyunun 16-da Bakıda Türkiyə-Uels matçı baş tutacaq.
“Yaxın zamanda Türkiyə yığmasının İtaliya yığması ilə matçı olacaq və biz buna böyük önəm veririk. İnşallah Türkiyə yığması Romadan qələbə ilə qayıdar, o zaman qardaşım İlham Əliyevlə birgə Bakıda Türkiyə yuığmasının ikinci matçını izləyəcəyik”, - Ərdoğan bildirib.
Xəbər verildiyi kimi, 14-16 iyun tarixlərində Ərdoğan Azərbaycana səfər etəyi planlaşdırır. **
N.Abbasova