Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 910 min manat ayırmağı tapşırıb.
Sərəncama əsasən, Xaçmaz rayonunda 5, Quba rayonunda – 3, Qusar rayonunda – 3, Şabran rayonunda 2 ədəd quyu qazılacaq.
Bu addım əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün atılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Əliyev çərşənbə günü mqvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov