Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə AZPROMO-dan məlumat verilir.
Sənəddə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb. **
B.Rüstəmbəyov