Azərbaycan və Pakistan Silahlı Qüvvələri birgə əməliyyat təlimləri keçirməyi planlaşdırır. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Çərşənbə günü Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə trəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıblar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov