“Bakı Metropoliteni” QSC istismarda olan metro vaqonlarının bərpasına 667 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Nəqliyyat Təmir-Təchizat” MMC ilə 666 min 211,78 manat dəyərində müqavilə bağlanıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
B.Rüstəmbəyov