2021-ci ilin may ayında Azərbaycanda inflyasiya aprel ayında qeydə alınmış 0,3% səviyyəsində inflyasiyaya qarşı 0% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin may ayında respublikada inflyasiya 0% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,6% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,5% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Mayın sonuna Azərbaycanda orta illik inflyasiya 4,2% (2021-ci ilin aprel ayının sonuna 4%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,8%, qeyri-ərzaq malları üzrə 3,8%, xidmətlər üzrə 3,4% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 3% səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova