2021-ci ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 967,2 milyon manat ($568,9 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6,4% gəlir əldə edilib.
2020-ci ilin yanvar-may ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 2,2% artıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,4 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,55 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.*
N.Abbasova