2021-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 283,7 milyon manat məbləğində (cari məzənnə ilə $166,9 milyon – İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,4% təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından əldə edilən gəlirlər 39,6% artıb.
Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır.
Ötən il respublikada əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat təşkil edib.*
N.Abbasova