Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə atəş açması barədə məlumat yayıb.
“Ermənistan silahlı qüvvələri bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açıb. Açılmış atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur”, - deyə məlumatda bildirilir.
Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.
Azərbaycan Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyub.*
R.Əhmədov