Gömrük nəzarətinin mövcud mexanizmi sərhədboyu malların sərbəst hərəkəti üçün ciddi maneələr yaradır. Azərbaycandakı Amerika Ticarət Palatasında (AmCham) belə hesab edirlər.
“Çox mürəkkəb qanunvericlik tələbləri, sənədlərə dair həddən artıq geniş tələblər, gömrük müfəttişlərinin çatışmazılığı nəticə etibarilə postlarda nəqliyyat vasitələrinin sıxılığına gətirir”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi və AmCham tərəfindən tərtib olunan “Bəyaz kitab”da (White paper) qeyd olunur.
Sənədə əsasən, AmCham hazırda hazırlanan Gömrük Məcəlləsinin yeni variantında gömrük nəzarəti mexanizmləri üzərində əsasən biznesin prioritet hüquqlarını nəzərə almağı tövsiyyə edir. Bundan başqa, AmCham Məcəllədə nəzarət tədbirəri zamanı iznes qarşısında gömrük orqanlarının məsuliyyətini qeyd etməyi təklif edir.
“Həmçinin, logistika sahəsində qabaqcıl texnologiyalar, xüsusilə blokçeyn geniş tətbiq olunur. Azərbaycan Ümumdüya Gömrük Təşkilatına üzv olan digər ölkələrlə bu sahədə əməkdaşlığa hazır olmalıdır. Bu səbəbdən yeni Məcəlldə gömrük sahəsində blokçeyn texnologiyasının tətbiqi üçün normativ bazanı nəzərə almağı məsləhət görürük. Bundan başqa, nəzərdə tutulandan daha artıq ödənilən gömrük rüsumunun qaytarılması mexanizmini qeyd etmək zəruridir”, - “Bəyaz kitab”da vurğulanır.
AmCham-ın üzvləri qeyd edirlər ki, yeni məcəllənin tətbiqi müddəti də biznes üçün kifayət qədər vacib məsələdir, bununla əlaqədar Gömrük Məcəlləsinin özünün tətbiqi barədə ən azı 6 ay öncə, yeni şərtlərin tətbiqi barədə - ən azı bir il əvvəl elan olunmalıdır. **
Ə.Məmmədov