Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Azərbaycan hökumətinə biznes subyektlərinin fəaliyyət növündən asılı olmayaraq gəlir vergisinin hesablanması zamanı vahid şkaladan istifadə etməyi tövsiyyə edir.
AmCham-ın tərtib etdiyi “Bəyaz kitab”da əks olunan məlumatlara əsasən, hazırda dövlət və neft-qaz sektorları üçün gəlir vergisi və digər icbari ödənişlər üzrə vergi yükü 55%-dək təşkil edir, bu da, xüsusilə qonşu ölkələrlə müqayisədə kifayət dərəcədə yüksək göstəricidir.
“Bu səbəbdən biz hökumətə fəaliyyət sahəsindən asılı olmayaraq gəlir vergisinin hesablanması zamanı vahid şkaladan istifadə etməyi tövsiyyə edirik”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi sənəddə deyilir.
Xəbər verildiyi kimi, Vegi Məcəlləsinə qəbul edilən düzəlişlərə əsasən, bu islahatlar çərçivəsində 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda gəlir vergisi üzrə 100% müəyyən edilməsi nəzərdə tutulub. Muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatdan çox olduqda isə 44% (25%-dən 14%-dək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub. **
Ə.Məmmədov