Bakı Ağır Cinayətlər Məhkəməsi 2020-ci ilin payızında Ermənistan tərəfindən Qarabağda muzdla döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Eduard Dubakov barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Proses iyunun 23-ü baş tutacaq.
Dubakov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. **
B.Rüstəmbəyov