İyunun 15-dən etibarən Rosselxoznadzor Azərbaycan Respublikasından alma və pomidorun dəmir yolu vaqonları ilə tədarükünə icazə verir. Bu barədə qurumdan məlumat verilir.
“İyunun 10-11 tarixlərində Rosselxoznadzor və AQTA rəhbərləri Sergey Dankvert və Qoşqar Təhməzli arasında baş tutan danışıqların nəticələri üzrə Rosselxoznadzor iyunun 15-dən Azərbaycan tərəfinin təqdim etdiyi siyahı əsasında istehsalçı müəssisələrin alma və pomidor məhsulunun Rusiyaya tədarükünə icazə verib (pomidor istehsalı üzrə 31 müəssisə, alma istehsalı üzrə 24 şirkət)”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə qurumun saytında qeyd olunur.
“2021-ci il oktyabrın 1-dən etibarən Azərbaycandan Rusiyaya alma və pomidor məhsulunun konteyner daşınmasına keçid nəzərdə tutulur”, - məlumatda vurğulanır. **
A.Əzizov