Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Brüsseldə NATO sammiti çərçivəsində ikitərəfli görüşlər zamanı Qarabağda mina sahələri və minalardan təmizlənmə məsələsini müzakirə etmək niyyətindədir.
“Sözsü ki, ikitərəfli görüşlər zamanı Ermənistan məsələsi qaldırılacaq və biz Azərbaycanın azad olunmuş ərazilərinin Ermənistan tərəfindən minalanması məsələsini qaldıracağıq. Bu məsələdə bütün maraqlı tərəflərə dyəcəyik – dəstəkləyin və biz bu məsələni həll edək”, - Ərdoğan cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, minalanmış sahələr azad olunmuş ərazilərdə əsas problemlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın işğalı dövründə Ermənistan tərəfi bu əraziləri minalayıb və müharibə bitdikdən sonra İrəvan indiyədək mina xəritələrini Bakıya təqdim etməyib. 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda mina partlaması nəticəsində Azərbaycanın 25 mülki vətəndaşı və hərbi qulluqçu həlak olub, 100-dən artıq şəxs xəsarət alıb. **
N.Abbasova