Əgər rəsmi İrəvan sülh istəyirsə, o zaman sərhədin delimitasiyası ilə bağlı Bakı ilə danışıqlara başlamalıdır. Bunu prezident İlham Əliyev deyib.
“Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaqlar”, - Əliyev şənbə günü on ölkənin Azərbaycanda yeni təyin olunmuşqeyri-rezident səfirlərinin etimadnamələrini qəbuledərkən bildirib.
“Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimtasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik”, - Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Bakı regionda yeni inkişaf mərhələsinə və sülhə hazırdır. **
X.Nəsirzadə