Rəsmi Bakı beynəlxalq təşkilatların fəal təmasları sayəsində erməni hərbçilərin Qarabağda basdırdığı minalar haqqında müəyyən informasiya alacaq. Bunu prezient İlham Əliyev deyib.
“Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm”, - Əliyev şənbə günü on ölkənin Azərbaycanda yeni təyin olunmuşqeyri-rezident səfirlərinin etimadnamələrini qəbuledərkən bildirib.
Həmçinin, prezident qeyd edib ki, Ermənistan Bakıya Qarabağda basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Mina xəritələrinin olmaması səbəbindən qaçqınların doğma yurdlarına qayıtması proseso ləngiyir, həmçinin dinc sakinlərə minaya düşərək həlak olurlar.
«Vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə