Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında qarşılıqlı humanitar jestləri alqışlayıb və bundan sonra da bu istiqamətdə tərəflərə zəruri köməklik göstərməyə hazırlıq ifadə edib.
Xəbər verildiyi kimi, şənbə günü Azərbaycan 15 nəfər ermənini Ermənistana təhvil verib. Əvəzinə isə İrəvan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Bakıya təqdim edib.
“Azərbaycan və Ermənistanın qarşılıqlı humanitar jestlərini – saxlanılan şəxslərin azad olunması və mina basdırılan rayonların xəritələrinin təqdim edilməsini alqışlayıram. Bu, etimadın bərpası istiqamətində ilk addımdır. Aİ bu prosesi dəstəkləyib və irəliləyişə imkan yaratmaq üçün yardım təklifini davam etdirəcək”, - Mişel özünün Facebook səhifəsində yazıb. **
R.Əhmədov