Azərbaycanda koronavirus infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,171 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 61 yoluxma faktı qeydə alınmışdı.
Koronavirusdan heç kəs dünyasını dəyişməyib, ölənlərin ümumi sayı 4 953 nəfər qalıb.
Virusa yoluxmuş 328,58 min nəfər (sutka ərzində +182) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 638 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7389 (ötən gün 8 746 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 622,499 min test aparılıb.**
X.Nəsirzadə