Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Don, Krasnodar və Mineralnıye Vodıdan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.
Mineralnıye Vodı-Bakı reysləri iyunun 19-dan etibarən həftənin şənbə günləri yerinə yetiriləcək. Təyyarə Mineralnıye Vodıdan yerli vaxtla saat 10:20-də qalxacaq, saat 13:00-da Bakıya enəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.
Rostov-Don şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək. Təyyarə saat 09:15-də Rostov-Dondan qalxacaq və 12:20-də Bakıya enəcək, saat 13:20-də Bakıdan yola düşəcək və 14:34-də Rostov-Dona eniş edəcək.
Krasnodardan uçuşlar iyunun 26-dan etibarən şənbə günləri həyata keçiriləcək. Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək, saat 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.*
N.Abbasova