2021-ci ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 368,9 milyon manat və ya ÜDM-in 1,2%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9 milyard 735,2 milyon manat (2020-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə azalma 7,5%), xərcləri 9 milyard 366,3 milyon manat (azalma 0,3%) təşkil edib.
Yanvar-may aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 31 milyard 532,5 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Əhmədov