Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan”a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan iyunun 15-də Şuşada rəsmi danışıqlar keçirəcəklər. Danışıqların yekunlarına dair iki ölkə arasında əməkdaşlıq üzrə hərtərəfli sazişin imzalanması planlaşdırılır.
Bundan başqa, iyunun 16-da Ərdoğan Azərbaycan parlamentində çıxış edəcək.
Səfər çərçivəsində iyunun 16-da axşam saatlarında Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol üzrə Avropa Çempionatının Türkiyə-Uels matçını izləyəcəklər. **
N.Abbasova