2021-ci ilin sonunda Rostselmaş Azərbaycanda kombaynların istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə rosng.ru Rusiyanın milli aqrar agentliyi məlumat verir.
“Rostselmaş kənd təsərrüfatı maşınlarının istifadəsi zamanı meydana gələcək texniki məsələlərin operativ şəkildə həlli və son istehlakçıya maksimum yaxınlaşmaq məqsədilə ilin sonunda Azərbaycan Respublikası ərazisində taxıl yığan kombaynların istehsalını təşkil etməyi planlaşdırır”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, aqromaşınların istehsalı Neftçalada “Azərmaş” zavodunun ərazisində təşkil olunacaq.
Rostselmaş 10-12 iyun tarixlərində Bakıda keçirilən Caspian-Agro 2021 Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib. Sərgidə Rostselmaş buraxılna məhsulların bir neçə növünü təqdim edib, onların arasında taxıl yığan kombayn, həmçinin sünbülyığan-pressmaşınına xüsusi diqqət ayrılıb. “Bu il müəssisə buraxdığı məhsulların bir neçə növünü təqdim etdi. Xüsusilə, şirkətin müasir klassikası olan – NOVA 340 taxıl yığan kombaynını. Bu maşın Azərbaycanın aqrarları arasında böyük populyarlığa malikdir və dəfələrlə etibarlığını və yüksək məhsuldarlığını sübut edib. Azərbaycanda bu kombayna tələbat artır “, - nəşr Rostselmaş-ın Asiyaya satış Departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə istinad edir. **
X.Nəsirzadə