İsveçrə rəhbərliyi RF prezidenti Vladimir Putin ilə görüş zamanı bir sıra beynəlxalq məsələləri qaldırmağı planlaşdırır – Qarabağda və Ukraynada vəziyyəti. Bu barədə çərşənbə axşamı İsveçrə XİN başçısı İnyatsio Kassis bəyan edib.
“Bizi Avropada təhlükəsizlik, Rusiya sərhədləri yaxınlığında baş verən hadisələr maraqlandırır”, - Kassis Cenevrədə mətbuat konfransında bildirib və əlavə edib ki, söhbət Dağlıq Qarabağ və Ukraynanın problemlərindən gedir. **