Cənubi Qafqazda vəziyyət iyunun 18-20-də Antalyada keçiriləcək Diplomatiya Forumunda müzakirə olunacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə nail oldu. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”, - deyə nazir bu gün Antalyada keçirilən mətbuat konfransında bildirib.
XİN başçısı vurğulayıb ki, illər boyu regional əməkdaşlıqdan təcrid olunmuş Ermənistan regionda gedən proseslərdən nəticə çıxarmalıdır ki, bu da bölgədə sülhün təmin edilməsinə imkan yaradacaq.*
X.Nəsirzadə