2021-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 11 milyon 921 min 162,88 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $4 milyard 927 milyon 241,27 min dəyərində (azalma 2,8%) neft ixrac edilib.
Yanvar-may aylarında ixracın ümumi strukturunda neftin payı 72,74% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-may aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $55,1 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. Neft ixracının 50,2%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, Hindistan və İspaniya da daxil olub.
Bütövlükdə, hesabat dövründə Azərbaycan neftinin əsas həcmi Avropa ölkələrinə ixrac edilsə də, İsrail, Çin, Hindistan və Tunis daimi alıcılar olaraq qalır. Azərbaycan neftinin yeni alıcıları sırasına Kanada da daxil olub.
Yanvar-may aylarında ölkələr üzrə neft ixracının strukturu:
Ölkə |
Həcm (ton) |
Dəyər (min, $) |
İtaliya |
5 982918,16 |
2 449857,56 |
Hindistan |
845590,52 |
346185,84 |
İspaniya |
865947,16 |
338981,82 |
İsrail |
615917,17 |
276308,65 |
Portuqaliya |
451184,17 |
193469,98 |
Tunis |
406537,03 |
178788,31 |
Xorvatiya |
444811,96 |
177191,49 |
Ukrayna |
480800,72 |
173237,94 |
Tailand |
277100,94 |
134 110.72 |
Böyük Britaniya |
270508,23 |
124677,97 |
Belarus |
270691,94 |
118892,03 |
Çin |
277516,67 |
102592,36 |
Türkiyə |
235164,13 |
97753,67 |
Kanada |
139519,11 |
66881,01 |
İrlandiya |
87840,90 |
41737,54 |
Almaniya |
91823,81 |
37 383.31 |
Rumıniya |
84725,08 |
30584,11 |
Avstraliya |
54975,82 |
20884,24 |
Çexiya |
37259,27 |
17562,17 |
Rusiya |
330,10 |
160,57 |
N.Abbasova*