Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 10 müəssisəsindən pomidor idxalına icazə verib.
Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video-yoxlamalar zamanı götürülən nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
Rusiya Federasiyasına məhsul ixrac etməyə icazə verilən müəssisələrin siyahısı “Rosselxoznadzor”un saytında yerləşdirilib.
Hazırda 141 Azərbaycan müəssisəsi Rusiyaya pomidor ixrac etmək hüququna malikdir.*