UEFA-nın prezidenti Aleksander Çeferin bu gün Bakıya gəlib. O, AVRO-2020-nin Türkiyə - Uels oyununu izləyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AFFA-dan məlumat verilib.
Türkiyə-Uels oyununu Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da izləyəcəklər.
Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. İyunun 12-də Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.
AVRO-2020 çərçivəsində Bakıda 4 oyunun keçirilməsi planlaşdırılır.*
R.Əhmədov