Britaniyanın BP şirkəti Azərbaycan, Gürcüstan, Türkiyə regionu və Rusiyada yeni vitse-prezidentlər təyin edib.
“Elnarə Məmmədova Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət (əvvəllər insan resursları adlanırdı) üzrə vitse-prezident vəzifəsinə təyin edilib”, - deyə şirkətin məlumatında bildirilir.
Bu vəzifədə E.Məmmədova BP-nin London ofisində təminat sistemləri, strategiya və dayanıqlı inkişaf, regionlar, şəhərlər və həll yolları üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Nərminə Nəbiyevanı əvəz edib.
Aytən Ağalarova isə BP-nin Gürcüstan üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. O, bu vəzifədə "Lightsource BP" şirkətinə əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmuş Ann Deyvisi əvəz edib.
Bundan başqa, Elxan Məmmədov AGT regionunda hasilat üzrə vitse-prezident təyin olunub. İndi o, regionda həm dəniz, həm də midstrim obyektlərinə cavabdehdir.
Bəxtiyar Aslanbəyli isə Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Zaur Paşayev AGT və Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmin edilməsi üzrə vitse-prezident vəzifəsinə təyin olunub.
Tümkan Işıltan Co Mörfini əvəz edərək Türkiyə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. Yeni vəzifəsində Tümkan BP-nin nüfuz məsələlərinin və hökumət və əsas maraqlı tərəflərlə olan əlaqələrinin idarə olunmasına cavabdehdir.
Cim O’liri Mayk Zəngini əvəz edərək AGT regionunda quyular üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Kahal Kelli Yuan Drammondu əvəz edərək AGT, Rusiya, Misir və Omanda layihələr üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Roşni Musai Brant Hasebeni əvəz edərək AGT və Rusiyada geologiya və inkişaf üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Katerina Papaleksandri qaz və az karbonlu enerjinin inkişafı (Xəzər qaz inkişafı bölməsi) üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
İvonn MakAllister Karolin Gilberti əvəz edərək AGT regionu üzrə baş hüquq müşaviri təyin edilib.*
N.Abbasova