Azərbaycanda koronavirus infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,291 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 68 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4959 nəfərə çatıb.
Virusa yoluxmuş 329,038 min nəfər (sutka ərzində +162) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 294 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7023 (ötən gün 10316 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 644,912 min test aparılıb.*
X.Nəsirzadə