Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Olimpiya Stadionunda Türkiyə-Uels oyununu izləyirlər.
Oyunu 32 mindən çox azarkeş izləyir.
Oyunu izləyənlər arasında UEFA prezidenti Aleksander Çeferin də var.
Türkiyə və Uels yığmaları üçün bu, AVRO-2020 çərçivəsində ikinci oyundur. İyunun 12-də Romada keçirilən ilk oyunda Türkiyə yığması İtaliyaya 0:3 hesabı ilə məğlub olub, Uels və İsveçrə arasında Bakıda baş tutan matç isə 1:1 hesabı ilə başa çatıb.
AVRO-2020 çərçivəsində Bakıda 4 oyunun keçirilməsi planlaşdırılır.*
X.Nəsiradə