Ukrayna 2021-ci ilin yanvar-may aylarında neft və neft xammalı idxalını 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,8% - 438,869 min tonadək azaldıb.
Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, 5 ay ərzində $174,491 milyon məbləğində xammal idxal olunub ki, bu da bir il əvvəllə müqayisədə 22,7% azdır. Azərbaycandan $174,237 milyon, Liviyadan $0,254 milyon dəyərində neft idxal edilib.
Ukrayna bu dövrdə Rumıniyaya $27,133 milyon dəyərində 89,963 min ton neft ixrac edib. 2020-ci ilin yanvar-may aylarında neft ixrac edilməyib.*
R.Əhmədov