2021-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 533 min 193,13 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-may aylarında Azərbaycandan $230 milyon 566,54 min dəyərində (artım 74,4%) bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 3,1%-i neft məhsullarının ixracının payına düşüb”, - Komitədən bildirilir.
2020-ci ildə Azərbaycandan $295 milyon 114,95 min dəyərində (azalma 36,2%) 1 milyon 63 min 868,13 ton (artım 8,6%) neft məhsulları ixrac edilib.**
N.Abbasova