İyunun 16-da Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki sərhədçi həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
“İyunun 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb”, - DSX-dən qeyd olunub.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir. **
X.Nəsirzadə