Sahibkarlığın İnkişafı Fondu (SİF) qiymətli kağızlarla əməliyyatlar üzrə müştəri sifarişlərinin qəbulu və yerinə yetirilməsi üzrə xidmətlərin göstərilməsi üçün şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 120 manatdır.
Tender iştirak üçün sənədlər 2021-ci il 19 iyula qədər qəbul olunur, tender proseduru iyulun 20-də baş tutacaq.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib.
Fondun nizamnamə kapitalı 1 milyard manatı ötür.**
B.Rüstəmbəyov