SOCAR şirkəti karbohidrogen ehtiyatların işlənməsi layihələrində, o cümlədən Qara dənizdə TPAO (Turkiye Petrolleri Anonim Ortaklıgı) şirkəti ilə əməkdaşlıq imkanlarını istisna etmir.
“Türkiyənin Qara dənizdə aşkar etidkləri strateji əhəmiyyət kəsb edir. TPAO ilə yataqların işlənməsi və hasilatı sahəsində əməkdaşlıq nəzəri cəhətdən mümkündür. Bu bizim peşəkar maraqlarımıza daxildir”, - “SOCAR Turkey” şirkətinin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev Türkiyə mətbuatı üçün brifinqdə bəyan edib.
Əliyev əlavə edib ki, SOCAR neft və təbii qazın dəniz kəşfiyyatı və qazma işlərində böyük təcrübəyə malikdir.
“Qara dənizdə dalğaların dərinliyi və intensivliyi səbəbindən burada ənənəvi platformanın inşası münasib olmaya bilər, lakin qabaqcıl texnologiyaların, həmçinin PUA üsulu ilə hasilat həyata keçirilə bilər”, - Əliyev belə hesab edir.
SOCAR və TPAO-nun üçüncü ölkələrdə birgə fəaliyyəti imkanları barədə söz açan Əliyev xatırladıb ki, şirklətlər 1994-cü ildən etibarən müxtəlif layihələr üzrə əməkdaşlıq edirlər, bu səbəbdən “onların bu təcrübəni üçüncü ölkələrdə tətbiq etmək imkanı var”.
“Eyni zamanda, çox uzaq coğrafi regionlar barədə düşünmək düzgün deyil, yaxınlıqda yerləşən, enerji resurlareı ilə zəngin olan regionlarda işləmək olar”, - Əliyev vurğulayıb. **
N.Abbasova