SOCAR şirkəti 2022-ci ildə Türkiyədə “Merkuri” neft-kimya kompleksinin tikinti layihəsinə dair sərmayələrlə bağlı son qərar qəbul etməyi planlaşdırır. Bu barədə “SOCAR Turkey” şirkətinin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev bəyan edib.
“Merkuri” layihəsi SOCAR-ın “Petkim” neft-kimya kompleksini satınaldıqdan sonra Türkiyənin neft-kimya sektoruna ikinci sərmayəsi olacaq. Bu layihəyə investisiyalara dair qərar 2022-ci ildə qəbul olunacaq”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, Əliyev Türkiyə mətbuatı üçün brifinqdə bildirib.
O, həmçinin məlumat verib ki, hazırda şirkət bu layihənin reallaşdırılmasının iki variantını nəzərdən keçirir: neft-kimya sahəsində fəaliyyət təcrübəsi ilə tərəfdaşın cəlb olunması vasitəsilə və ya maliyyə tərəfdaşı ilə birlikdə.
“Əvvəl BP ilə layihənin reallaşdırılmasına dair danışıqlar aparırdıq, lakin sonra bu şirkət neft-kimya biznesindən çıxdı. BP-nin neft-kimya aktivlərini satın alan İNEOS və digər investorlarla danışıqlar aparırıq. Biz birmənalı qaydada “Merkuri” layihəsinin reallaşdırılmasının uzun müddətə təxirə salınmasına yönəlməmişik. Bu sərmayələr yatırılacaq və bia bunu neft-kimya sahəsində təcrübəlki tərəfdaş və ya maliyyə tərəfdaşı ilə həyata keçirəcəyik”, - Əliyev deyib.
Həmçinin, o əlavə edib ki, spn zamanlar şirkət “Merkuri” layihəsinin reallaşdırılmasına maliyyə tərəfdaşının cəlb olunması variantını öz gündəliyinə daxil edib.
“Türkiyənin digər neft-kimya ionvestisiya layihələrinin reallaşdırılması bizim “Merkuri” layihəsi ilə bağlı qərarımıza mənfi təsir göstərmir”, - Əliyev əlavə edib. **
N.Abbasova