Azərbaycan prezidenti İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır.
O cümlədən, Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti “ şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydasını iki ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Bundan başqa, prezident Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununun tətbiqi haqqında Azərbaycan prezidentinin fərmanına əsasən, Nazirlər Kabineti müharibə veteranlarının reyestrinin aparılması qaydasını iki ay müddətində Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Fərmanların və qanunlara düzəlişləri mətnləri cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə