Son 3 il ərzində Dövlət Gömrük Komitəsi 6 tona yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Avropaya aparılmasının qarşısını alıb. Bu barədə DGK-nin sədri Səfər Mehdiyev bəyan edib.
Həmçinin Mehdiyev məlumat verib ki, gömrük orqanlarının fəaliyyətinin şəffaflığı və kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində həyata keçirilən iş hesabına DGK dövlət büdcəsinə gömrük rüsumu və vergi ödənişlərini iki dəfə artırıb.
“Xüsusilə, bu göstərici (3 il ərzində - İF) 2 milyard manatdan 4 milyard manatadək artıb”, - DGK-nin sədri bildirib.
Mehdiyevin sözlərinə görə, DGK-nin VahidAvtomatlaşdırılmış İdarəetmə Sistemi hesabına gömrük əməliyyatları tam elektonlaşdırılıb, “Yaşıl dəhliz” sisteminin tətbiqi və digər innovasiyalar isə fiziki yoxlamalrın sayını 80%-dək azaldıb. **
B.Rüstəmbəyov