Azərbaycan prezidenti İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondununyaradılması və fəaliyyətinin təmin edilməsiilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmanın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Fond tələbələrə təhsil kreditlərinin verilməsi ilə məşğul olacaq.
Təhsil tələbə kreditinin məbləği təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılır.
Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat məbləğində müəyyən olunub. **
B.Rüstəmbəyov