Türkiyə və Azərbaycan Liviyada neft-qaz sahəsində layihələri birgə reallaşdıra bilərlər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
“Hazırda Azərbaycanla TANP və TAP qaz kəməri layihələri ilə bağlıyıq. Bu layihələrdən kənarda da birgə addımlar ata bilərik. Bu nə ola bilər? Misal üçün, TPAO ilə əlaqəli şirkət var, həmin şirkətlə birgə, TANAP və TAP layihələri ilə bağlı fəaliyyət göstərdiyimiz kimi, eynilə əziz qardaşım İlham Əliyevlə (Azərbaycan prezidenti -İF) Liviyada fəaliyyət göstərə bilərik”, - Ərdoğan Türkiyə jurnalistlərinə müsahibəsində bəyan edib. Bu barədə Türkiyənin NTV telekanlı məlumat verir.
Türkiyə lideri əlavə edib ki, Azərbaycan və Türkiyə zəngin bilik və təcrübəyə malikdirlər, bu səbəbdən “hətta qazma sahəsində” addımlar ata bilərlər.
“Mən bunu Əliyevə təklif etdim və o, təklifdən məmnunluq ifadə edərək bu istiqamətdə işləməyə hazır olduqarını bildirdi. Ümid edirəm ki, bu cür birgə addımlarla niz nəinki Avropaya açılmaq imkanı əldə edəcəyik, həm də öz ölkələrimizdə, daha çox isə digər ölkələrdə faəliyyəti genişləndirəcəyik”, - Ərdoğan vurğulayıb. **
N.Abbasova