İyunun 21-də ATƏT-in baş katibi Helqa Şmidt Moskvaya səfər edərək RF XİN başçısı Sergey Lavrovla görüşəcək. Bu barədə cümə axşamı RF XİN-in rəsmisi Mariya Zaxarova məlumat verib.
“İyunun 21-də Rusiyanın xarici işlər nazirinin ATƏT-in baş katibi ilə görüşü planlaşdırılır. ATƏT-in baş katibi Rusiyanın müdafiə naziri tərəfindən Beynəlxalq TəhlükəsizliküzrəIX Moskva konfransına dəvət olunub”, - Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, danışıqların gündəliyinə ATƏT-in cari fəaliyyətinin geniş spektr məsələləri daxildir: hərbi-siyasi, iqtisadi-ekologiya və insan haqqları sahəsində.
O əlavə edib ki, həmçinin tərəflər Qarabağ ətrafında mövcud vəziyyəti müzakirə edəcəklər. **